Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqində dəyişiklik olub.
Prosport.Az xəbər verir ki, yeni reytinqdə Azərbaycan hesabına növbəti xalları yazdırıb.
Buna "Qarabağ"ın dünən "Linkoln Red İmps" ilə oyunda qalib gəlməsi (2:1) səbəb olub. Cəbəllütariqdə qazanılan qələbə nəticəsində ölkəmiz xal ehtiyatını daha 0,250 artırıb. Azərbaycan son 5 mövsümdəki xallarını 14,500-ə çatdırıb. Ölkəmiz hazırda reytinq siyahısında əvvəlki kimi 29-cu pillədə qərarlaşıb. 28-ci yerdəki Slovakiyanın 14,625 xalı var. Moldova 11.125 xalla 30-cudur.
Qeyd edək ki, siyahıya 88.928 xalla İngiltərə başçılıq edir.

