"İnter" "Mançester Yunayted"ə keçəcəyi gözlənilən Andre Onanının yerini isveçrəli qapıçı ilə doldurmaq niyyətindədir.
Prosport.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, "göy-qaralar" "Bavariya"nın qapıçısı Yan Zommeri heyətinə qatmağa çox yaxındır.
Qeyd edək ki, 34 yaşlı Zommer bu illin yayında "Bavariya"ya 9 milyon avro müqabilidə Münhenqladbaxın "Borussiya" komandasından transfer edilmişdi.

