"Neftçi"nin də danışıqlar aparıb, heyətinə cəlb etmək istədiyi Mixa Blajiç seçimini edib.
Prosport.Az xəbər verir ki, 30 yaşlı sloveniyalı müdafiəçi Polşanın yolunu tutaraq, karyerasını “Lex”də davam etdirməyə üstünlük verib. O, Poznan təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
2022-ci ildən “Anje”də oynayan Mixa Blajiç ötən mövsüm Fransa Liqa 1-də 24 matç keçirib və 2 qol vurub.
Karyerası ərzində Sloveniyanın “Koper", “Domjale”, Macarıstanın “Ferentsvaroş” kimi klublarının formasını geyinmiş mərkəz müdafiəçisi Sloveniya millisində 25 oyun keçirib.

