"Qarabağ"ın müdafiəçisi Kevin Medina "Rizəspor"la ilkin müqavilə imzalayıb.
Prosport.Az xəbər verir ki, bu barədə Türkiyənin "Fanatik" qəzeti məlumat yayıb. Bildirilib ki, kolumbiyalı müdafiəçi bir neçə günə Rizəyə gedərək rəsmi müqavilləyə qol çəkəcək və komandaya qoşulacaq.
Bugünlərdə etibarlı mənbələr də Qol.az-a Medinanın tezliklə "Qarabağ"dan ayrılacağını və "Rizəspor"la müqavilə imzalayacağını bildirib.
Qeyd edək ki, “Rizəspor” növbəti mövsüm Türkiyə Super Liqasında çıxış edəcək.
Xatırladaq ki, Kevin Medina 2020-ci ildən "Qarabağ"da çıxış edir. Onun Ağdam klubu ilə 2025-ci ilin iyununa qədər müqaviləsi var.

