KONKAKAF Qızıl Kuboku turnirinin 1/4 finalında keçirilən ABŞ və Kanada yığmalarının oyunu qalmaqalla yekunlaşıb.
Prosport.Az xəbər verir ki, qarşılaşma başa çatandan sonra futbolçular arasında kütləvi dava düşüb.
Görüşdən sonra ABŞ komandasının oyunçuları rəqiblərini ələ salıblar və bu səbəbdən kütləvi dava yaranıb. Qalmaqalı milli komandaların mühafizəçiləri və məşqçilər korpusu dağıtmalı olub.
Turnirin yarımfinalında ABŞ Panama ilə qarşılaşacaq.
Qeyd edək ki, Qızıl Kubok iki ildən bir keçirilən KONKAKAF federasiyasının əsas turniridir. 1989-cu ildə Kosta-Rika qalib olduqdan sonra ABŞ və Meksikadan başqa heç kim bu yarışda qalib gələ bilməyib.

