Bu yay "Neftçi"dən ayrılan Voyislav Stankoviçin yeni komandasının adına aydınlıq gəlib.
Prosport.Az xəbər verir ki, serbiyalı mərkəz müdafiəçisi karyerasını ölkəsində davam etdirəcək. O, Sebiya Super Liqasının debütantı "Jelezniçar" (Pançevo) ilə müqavilə imzalayıb.
Xatırladaq ki, Voyislav Stankoviç 2019-cu ildən "Neftçi"də çıxış edirdi. O, daha əvvəl ölkəmizdə "İnter" (indiki "Şamaxı") və "Qəbələ"də də oynayıb.

