"Turan Tovuz" növbəti transferini reallaşdırdı.
Prosport.Az xəbər verir ki, Tovuz təmsilçisi Budaq Nəsirovu transfer edib. 26 yaşlı futbolçu ilə 3 illik rəsmi müqavilə bağlanıb.
Tovuz futbolunun yetirməsi olan yarımmüdafiəçi "Turan", "Sumqayıt", "Araz Naxçıvan", "Kəpəz", "Sportinq"də (Portuqaliya) çıxış edib O, aşağı yaş qrupları üzrə milli komandalarımızla yanaşı A milli komandamızın da formasını geyinib.
Xatırladaq ki, "Turan Tovuz" bundan əvvəl Aydın Bayramov, Fərid Nəbiyev, Sərtan Taşkın, Martin Petkov, Brunu Qonsalves, Otto Con, Paşu, Brunaunu transfer edib.

