"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində rəqibi olan Cəbəllüttariqin "Linkoln Red İmps" komandasının kapitanı dəyişib.
Prosport.Az xəbər verir ki, Bernardu Lopeş bu vəzifədə Roy Çipolinanı əvəzləyəcək. Vitse-kapitanlar isə Layem Voker və Li Kasyaro olacaq.
Qeyd edək ki, "köhlən atlar" "Linkoln Red İmps"ə qarşı ilk matçını iyulun 11-də səfərdə keçirəcək. Cavab görüşü bir həftə sonra Bakı Olimpiya Stadionunda olacaq.

