Bu gün “Neftçi”nin Müşahidə Şurasının üzvü Səməd Qurbanovun 70 yaşı tamam olur.
Prosport.Az xəbər verir ki, bununla bağlı AFFA-da görüş təşkil olunub.
Milli assosiasiyanın baş katibi Sərxan Hacıyev veteran futbolçu ilə görüşərək, qurum adından yubilyarı təbrik edib.
Qeyd edək ki, XX əsrin 70-80-ci illərinin tanınmış futbolçularından olan Səməd Qurbanov “Jiquli” ləqəbiylə tanınıb. O, 1981-ci ildə tərtib edilən Azərbaycanın bütün dövrlər ərzində 33 ən yaxşı futbolçusunun siyahısında yer alıb. 1982-ci ilin mayında isə 30 yaşında futbolçu karyerasını başa vurub.

