"Qəbələ" klubunun keçmiş müdafiəçisi Vitali Vernidub futbolçu karyerasını başa vurub.
Prosport.Az xəbər verir ki, bu barədə "Krivbass" klubunun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı mərkəz müdafiəçisi bu komandaya ötən ilin yayında keçmişdir. Komandanın baş məşqçisi atası Yuri Vernidubdur. Vernidub "Krivbass"da 11 oyuna 1 qol vurub. Futbolçu bundan sonra komandanın məşqçilər korpusunda yer alacaq.
Ukraynalı futbolçu 2015-2018-ci illər ərzində "Qəbələ"nin formasını geyinib. O "qırmızı-qaralar"ın heyətində 45 dəfə meydana çıxıb və 2 qol vurub.

