"Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov işindən ayrılıb.
Prosport.Az-ın xəbərinə görə, bu klub yaranandan burada çalışan R.Məmmədov bundan sonra eyni işi "Səbail"də görəcək.
O, "Səbail"də Sənəm Fərhadovanı əvəzləyib.
Qeyd edək ki, yaxınlarda AFFA-nın mətbuat işlərinə cavabdeh Firuz Abdulla "Səbail"ə icraçı direktor vəzifəsinə təyin olunub. Firuz Abdulla ilə Rəşad Məmmədov yaxın dostdurlar.

