"Qarabağ" İspaniyanın Marbelya bölgəsindəki hazırlığını başa vurub.
Prosport.Az xəbər verir ki, komanda bu gün də Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacağı "Linkoln"la ilk oyun üçün Cəbəllüttariqə yola düşüb.
Ağdam təmsilçisi Marbelyadan Cəbəllüttariqə avtobusla gedib. Marbelyadan Cəbəllüttariqə məsafə avtobusla 40-60 dəqiqə arasıdır.
Qeyd edək ki, iyulun 11-i keçiriləcək "Linkoln" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Bu komandalar arasında cavab oyunu iyulun 19-u olacaq.

