"Səbail" ilə yoxlama görüşündən sonra 2 günlük istirahətə buraxılan "Kəpəz" sabah məşqləri bərpa edəcək.
Prosport.Az xəbər verir ki, hazırlıq proqramına əsasən sabah 2 məşq var.
Futbolçular əvvəlcə saat 10:30-da Gəncə Olimpiya İdman Kompleksində bir araya gəlib trenajorda çalışacaq. Saat 18:30-a təyin olunan günün 2-ci məşqində isə komanda üzvləri Gəncə şəhər stadionunda yığışacaq. "Sarı-göylər" arenanın yeni istifadəyə verilən təbii örtüklü meydanında məşq edəcək.

