"Mançester Siti" və "Çelsi"nin sabiq qapıçısı Vili Kabalyero məşqçiliyə başlayıb.
Prosport.Az xəbər verir ki, argentinalı qolkiper "Lester"də çalışacaq.
Kabalyero yeni mövsümdən Çempionşipdə çıxış edəcək "Lester"in baş məşqçisi Enso Mareskinin köməkçilərindən biri olacaq.
Qeyd edək ki, 2021-ci ildən "Sauthempton"da çıxış edən 41 yaşlı qapıçının klubla müqaviləsi iyunda başa çatıb. O, peşəkar karyserını başa vurduğunu açıqlamayıb. Vili Kabalyero “Çelsi” və “Mançester Siti”dən başqa, İspaniyanın “Malaqa” və “Elçe”, Argentinanın “Boka Xunyors” və “Arsenal” (Sarandi) klublarında da oynayıb.

