“Qarabağ”ın futbolçusu Kevin Medina komandadan ayrılır.
Prosport.Az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, kolumbiyalı müdafiəçi Türkiyənin “Rizəspor” klubuna keçməyə yaxındır. Bu keçidin tezliklə həyata keçəcəyi gözlənilir.
Qeyd edək ki, “Rizəspor” növbəti mövsüm Türkiyə Super Liqasında çıxış edəcək.
Kevin Medina 2020-ci ildən "Qarabağ"da çıxış edir. Onun Ağdam klubu ilə 2025-ci ilin iyununa qədər müqaviləsi var.

