Yeni mövsümə hazırlaşan “Sumqayıt” daha bir futbolçunun transferini həll edib.
Prosport.Az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi son mövsümü icarə əsaında “Şamaxı”da keçirmiş Kamran Quliyevlə 3 illik müqavilə imzalayıb.
Kamran Quliyev karyerası ərzində Litvanın “Yonava”, “Sabah” və “Şamaxı” klublarının uğurları üçün çalışıb. Ötən mövsüm Premyer Liqada 33 oyunda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan 23 yaşlı hücumçu Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında da çıxış edib.

