"Kəpəz" futbolçusu Şervoni Mabatşoev ilə müqaviləyə xitam verib.
Prosport.Az xəbər verir ki, tacikistanlı yarımmüdafiəçi ilə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.
Şervoni Mabatşoev ötən mövsümün qış fasiləsində Gəncə təmsilçisinə cəlb olunub. Yarımmüdafiəçi 15 çempionat oyununda 2 qol vurub.

