"Valensiya" heyətini gücləndirib.
Prosport.Az xəbər verir ki, "Levante"nin yarımmüdafiəçisi Pepelu yeni klubu ilə 5 illik müqavilə imzalayıb.
24 yaşlı futbolçunun transferindən sabiq komandası 5 milyon avro qazanıb. Onun yeni müqaviləsində isə təzminat məbləği 100 milyon avro göstərilib.
Qeyd edək ki, ispaniyalı "Levante"dən savayı, "Erkules"də, həmçinin Portuqaliyada “Vitoriya Gimaraynş” və “Tondela”da icarə əsasında oynayıb.

