"Turan Tovuz" növbəti transferini reallaşdırıb.
Prosport.Az xəbər verir ki, son olaraq “Neftçi”nin şərəfini qoruyan Filip Ozobiçlə 1+1 illik müqavilə imzalanıb.
Rusiyada “Spartak”, Xorvatiyada “Xayduk” və “Slaven” klublarında çıxış etmiş yarımmüdafiəçi ölkəmizdə “Qəbələ” və “Qarabağ”da da forma geyinib.
Ozobiç 2021-ci ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 15 oyun keçirib və 1 qol vurub.

