Türkiyənin “Fənərbaxça” klubu 2 futbolçusunu icarəyə verib.
Prosport.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tyaqo Çukur qarşıdakı mövsümün sonuna kimi Belçikanın “Beveren” komandasında icarədə oynayacaq. Osman Ərtuğrul Çətin isə “Gənclərbirliyi”nə icarəyə verilib.

