"Valensiya"nın hücumçusu Edinson Kavani "Boka Xuniors"a keçməyə yaxındır.
Prosport.Az "TyC Sports"a istinadən xəbər verir ki, 36 yaşlı uruqvaylı Argentina klubu ilə danışıqlar aparır. Tərəflər müqavilənin müddətini müzakirə edir.
Kavaninin başqa seçimləri olsa da, "Boka Xuniors"a keçəcəyi bildirilib. Hücumçunun "Valensiya" ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Edinson Kavani ötən mövsüm La Liqada 25 matçda 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

