"Sabah"ın yeni transferi Vensan Till artıq komandanın Avstriyadakı düşərgəsinə qoşulub.
Prosport.Az xəbər verir ki, "Sabah"la 2 illik müqavilə imzalayan Lüksemburq millisinin üzvü yeni mövsümün hazırlıqlarına başlayıb.
Qeyd edək ki, Murad Musayevin komandası sabah yoxlama matçında Qətərin "Əl-Sədd" klubu ilə üz-üzə gələcək.

