Azərbaycan millisinin futbolçusu Milana Rəhimova karyerasını Şimali Makedoniyada davam etdirəcək.
Prosport.Az xəbər verir ki, 21 yaşlı müdafiəçi “Lyuboten”lə danışıqları müsbət yekunlaşdırıb.
O, 2025/2026 mövsümündə Şimali Makedoniya çempionunun formasını geyinəcək. “Lyuboten” yeni futbol ilində Çempionlar Liqasında oynayacaq.
Qeyd edək ki, Rəhimova son mövsümdə Türkiyənin “Ünyespor” klubunun şərəfini qoruyub.

