Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qələbəyə yaxın tərəf biz idik" – Rəşad Sadıqov
    23.07.2025 22:40:27

    “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Xayduk”a qarşı keçirdikləri ilk oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – Maraqlı oyun alındı. Baxmayaraq ki, mövsümün birinci oyunu idi. Hər iki komanda meydanda istəkli göründü. Birinci hissədə meydanda daha çox taktiki savaş gedirdi, hər iki komanda bir-birindən səhv gözləyirdi. Elə oldu ki, o səhvi rəqib etdi və qol vurduq. Hesabı artırmağa çalışırdıq. İkinci hissənin əvvəllərində yaxşı hücumlarımız oldu. İkinci qolu vursaydıq, fərqli sonluq olacaqdı. Qol epizodlarından yaxşı yararlana bilmədik. Rəqib ilk ciddi hücumda fərqləndi. Bu tip oyunlarda rəqib hər fürsətdən istifadə edirsə, sən etmirsənsə, qələbə qazanmaq çətin olur. Komandanın çıxışından razı qaldım. Qələbəyə yaxın tərəf biz idik. Təəssüf ki, bunu edə bilmədik. İlk oyunlarda 1:0 qələbə, 1:1, ya 0:1 ikinci oyun öncəsi üstünlük yaratmır. Hər şey Splitdə bəlli olacaq. Sabahdan oyuna köklənəcəyik ki, səfərdə “Hayduk” üzərində qələbə qazanaraq mərhələ adlayaq.

    – Bu oyun sizə “Osiyek” matçını xatırlatdı?
    – Həm “Osiyek”, həm də “DAK Dunaysk”la oyunu xatırlatdı. Eyni ssenari gedirdi, sadəcə orada qol epizodlarını vurduq. Futboldur da, hər zaman fürsətlərdən istifadə edə bilməzsən. “Osiyek” isə düşən imkanları vururdu. Beynəlxalq səviyyəli oyunlardır, balaca epizodları vururlar. 

    – Oyundan əvvəl xarici mütəxəssislər “Zirə”nin öz meydanında qalib gələ biləcəyini iddia edirdilər. Bu gün heç-heçə etdinizsə, rəqib komandanın meydançasında nə kimi psixoloji üstünlüyünüz olacaq?
    – Şanslar bərabər olacaq. Azarkeş dəstəyi rəqibdə olacaq. Bu tip oyunlara hazırıq. Sonuna qədər əlimizdən gələni edəcəyik ki, mərhələni keçək. Kim üstün olacaq, zaman göstərəcək. Çalışacağıq ki, hər şey biz istədiyimiz kimi olsun.

    – Hesabın oyuna görə olduğunu düşünürsünüz?
    – O fikirlə çox razı deyiləm. Bəzən mən də ədalətli nəticə heç-heçə idi, filan deyirəm. Amma qələbəyə yaxın tərəf biz idik. Taleyimizlə barışıb, önümüzə baxırıq.

    – Brahim Konate cavab matçında oynayacaq?
    – Böyük ehtimalla oynamayacaq. Çiyni çıxıb, o da müəyyən əzələləri zədələyir. Ümid edək ki, oynayar. Çiyin çıxanda 2-3 həftə bərpa prosesi gedir.

    – Yeni transferlərin oyunundan razı qaldınız?
    – Konate, Rövlan Muradov yaxşı oynadı, Abdulaziz fürsət tapmadı ki, özünü göstərsin. Bütün zədəlilərimiz formaya qayıtdıqdan sonra daha güclü, heyəti geniş komanda olacağıq. 

    – Ceyhun Nuriyev meydana çıxdı, sonra əvəzlədiniz. Səbəb nə idi?
    – Mətbuat konfransında futbolçuların fərdi çıxışını dəyərləndirmirəm. 35-40 dəqiqə meydanda oldu. Rəqib o cinahdan üstünlük yaratdı, qolu da oradan vurdular. Ona görə də Rövlan Muradovu o mövqeyə buraxdıq ki, ən azından rəqibin təhlükəsinin qarşısını alaq. Papunaşvilini çıxara bilərdik. Qol vurmaq istəyirdik. Onun kimi usta futbolçunun meydanda olmasını istəyirdik.

    – Hakimlikdən razı qaldınız?
    – Uzun illərdir ki, 90-95 faiz hakimlərin simpatiyası rəqiblərdə olur. Ciddi səhv olmadı. Amma xırda foulları onlara verirdi. Oyunçuları bu hallara hazırlayıram. Bilirik ki, hakimlərin bir az da olsa, simpatiyası rəqibdə olur.

    – “Xayduk”u “Zirə” üçün münasib rəqib hesab edirsiniz?
    – Bu fikirlər bizə nə qazandıracaq? Püşkü gözləyir, uyğun rəqibə hazırlaşırıq. Qonzalo Qarsiyanın gəlişindən sonra “Xayduk” tam fərqli oyun üslubunda oynayır. 

    – Salifu Sumanın “Malmö”yə keçidi necə baş tutdu? Bildiyim qədərilə ilk dəfə böyük futbola “Zirə”də başladı və bugünkü gündə komanda onu 1,3 milyon avroya “Malmö”yə satdı. 

    – Bizim üçün də çox önəmlidir ki, belə prosesdə iştirak etmişik. Bizim futboçunun skautların diqqətini cəlb etməsi müsbət məqamdır. Salifudan sonra da elə çıxış edəcəyik ki, komandamıza daha çox diqqət olacaq. Salifuya görə çox sevinirəm. Ona demişdim ki, Avropa səviyyəsində futbolçu ola bilərsən. Sadəcə bir-birimizi eşitməliyik. Qışda da çoxlu təklifləri var idi. Hər birində gəlirdi, mənimlə danışırdı, deyirdim ki, tələsmə. Yay fasiləsində bir çox təklifi var idi, amma sonda qərara gəldik ki, “Malmö” olsun. Ondan çox pul təklif edən var idi. Amma avrokuboklarda olan komanda olsun ki, Salifu bundan sonra daha yaxşı ölkələrə getsin. Potensialı var, “Malmö”da əlindən gələni etməlidir ki, ustalığını artırsın. Daha da çoxunu edə bilər. Ona uğurlar arzulayıram. “Xayduk”la matçöncəsi Sumanı itirmək çox ciddi itkidir. O mövqedə 3 oyunçunu yoxladıq. Birdən-birə Sumanın effektini verməsi asan deyil. Salifuya uğurlar arzulayıram. Onun bu səviyyəyə gəlməsində, transfeirn baş tutmasında hamının böyük əməyi var. 

    – “Qarabağ”ın “Şelburn” oyununu izləyəcəksiniz?
    – Hamını izləyirik. “Sabah”ın ev oyununu Boluda komanda şəklində izləyirdik. “Qarabağ”ı da izləyəcəyik, digərlərini də. “Araz-Naxçıvan”ı da izləyəcəyik. Avrokuboklarda hər zaman bütün klublarımızı dəstəkləyirik. “Qarabağ”, "Sabah” və “Araz-Naxçıvan”a uğurlar arzulayıram.

    – Əvvəlki dövrlərdə çempionatımızdan xarici klublar transfer etmirdilər. İndi isə fərqli durum var. Burada “Qarabağ”ın avrokuboklardakı uğurunun səbəbi var?
    – Bu ilk növbədə “Qarabağ”ın uğurlu çıxışıdır ki, hamının diqqətini cəlb edir. Sumanın ən uğurlu oyunu “Qarabağ”a qarşı olub. Özümüz də oyunçuları izləyəndə baxırıq ki, futbolçu hansı komandalara qarşı yaxşı oynayıb. “Qarabağ” böyük pay sahibidir ki, artıq futbolçulara diqqət ayrılır. Klublarımız ox yaxşı transferlər edirlər. Bir çox güclü liqalardan oyunçular gəlir. Daha da yaxşı olacaq. Əgər stadionlardakı ot örtüyü yaxşı səviyyədə olsa, oyunlarımız yaxşı səviyyədə keçsə, proses sürətlənəcək.

    Futbol

    "Bu qədər çətinliyə baxmayaraq, 1 xal da pis deyil" - Rəşad Sadıqov

    9.03.2026 21:17:29
    Futbol

    "Bu gün 2 xal itirdik" - Azər Bağırov

    9.03.2026 21:07:34
    Futbol

    "Zirə" son dəqiqə qolu ilə məğlubiyyətdən qaçdı - VIDEO

    9.03.2026 20:24:36
    Futbol

    "Neftçi" - "Turan Tovuz": HEYƏTLƏR

    9.03.2026 20:11:15
    Futbol

    PFL forma qalmaqalı barədə məlumat yaydı: "Şəmkir" Əsasnamənin tələblərini pozub"

    9.03.2026 19:31:14
    Futbol

    "Zirə" - "Kəpəz": HEYƏTLƏR

    9.03.2026 17:19:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bu qədər çətinliyə baxmayaraq, 1 xal da pis deyil" - Rəşad Sadıqov

    9.03.2026 21:17:29

    "Bu gün 2 xal itirdik" - Azər Bağırov

    9.03.2026 21:07:34

    "Zirə" son dəqiqə qolu ilə məğlubiyyətdən qaçdı - VIDEO

    9.03.2026 20:24:36

    "Neftçi" - "Turan Tovuz": HEYƏTLƏR

    9.03.2026 20:11:15

    Tur Sumqayıtda başlayıb, Bakıda bitəcək

    9.03.2026 20:00:18

    PFL forma qalmaqalı barədə məlumat yaydı: "Şəmkir" Əsasnamənin tələblərini pozub"

    9.03.2026 19:31:14

    "Zirə" - "Kəpəz": HEYƏTLƏR

    9.03.2026 17:19:46

    Futbolumuzda növbəti rəzalət: "Xankəndi" "Barselona" forması ilə meydana çıxmaq istədi – EKSKLÜZİV GÖRÜNTÜLƏR

    9.03.2026 17:11:35

    Millimizin üzvü Yunanıstanda kubok qazandı

    9.03.2026 16:53:48

    "Mingəçevir"də türkiyəli məşqçi təyinatı – FOTO

    9.03.2026 15:29:45

    Millimiz Şamaxıda toplanışa başladı

    9.03.2026 14:27:29

    "Turan Tovuz"la oyun öncəsi "Neftçi"də ciddi itki

    9.03.2026 13:47:34

    Musa Qurbanlı yenidən legioner həyatı yaşamaq istəyir? - Özü açıqladı

    9.03.2026 13:21:15

    Millimizin ilk dəfə qatılacağı turnir üçün heyəti - ADLAR

    9.03.2026 12:44:04

    Cüdo yığmamız Avstriyada 4 medalla 1-ci oldu

    9.03.2026 12:13:46
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved