Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Zirə" çox təhlükəli komandadır" – "Xayduk"un baş məşqçisi
    23.07.2025 22:24:58

    “Xayduk”un baş məşqçisi Qonsalo Qarsiya UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”yə qarşı keçirdikləri ilk oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

    – Qarşılaşmanı necə dəyərləndirərdiniz?
    – Çətin oyun oldu. Oyuna həyəcanlı başladıq. “Zirə” bizi ilk fürsətdə cəzalandırdı. İkinci hissədə oyuna daha çox nəzarət edirdik. Hesabı bərabərləşdirdik, şanslarımız da var idi. Nəticədən razıyam.

    – “Zirə”ni oyundan əvvəl yəqin ki, analiz etmişdiniz. Bu gün gördüyünüz “Zirə” analiz etdiyiniz komanda idi?
    – Xeyr. Dünən də demişdim, gözlədiyim yaxşı “Zirə”ni gördüm. Uzun müddətdir eyni baş məşqçi ilə çalışırlar. Çox təhlükəli rəqibdir. Müdafiədən hücuma keçidlərdə yaxşıdır, təzyiq göstərirlər, keyfiyyətli oyunçuları var.

    – Ötən mövsüm “Zirə” “Osiyek”i penaltilərlə keçmişdi. “Xayduk”un bu aqibəti yaşamaması üçün nələr edəcəksiniz?
    – Qələbə qazanmağa çalışacağıq ki, oyun penaltilərə getməsin. Bizim də özümüzün oyun üslubu var. Bu gün bəzilərini göstərdik. İstəyirik ki, oyuna nəzarət bizdə olsun. Bu, tək “Zirə”yə qarşı deyil, bütün rəqiblərlə oyundadır. Ümid edirik ki, növbəti görüşdə qələbə qazanacağıq.

    – “Xayduk” “Zirə”ni keçə bilməsə, bunu faciə hesab edəcəksiniz?
    – Xeyr. Bu, futboldur. Davam edəcəyik. Biz yeni gəlmişik. Müəyyən şeyləri dəyişməyə çalışırıq. Ona görə növbəti mərhələyə vəsiqə qazana bilməsək, bunu faciə kimi dəyərləndirməyəcəyik.

    Futbol

    Finlandiya klubu "Sabah"la oyundan öncə inamlı qələbə qazandı

    25.07.2026 23:53:30
    Futbol

    "Qəbələ" debütantla heç-heçə etdi

    25.07.2026 23:12:57
    Futbol

    "Kəpəz" Prosport.Az-ın xəbərini təsdiqlədi - VİDEO

    25.07.2026 22:43:28
    Futbol

    "Neftçi" Çempionlar Liqası ilə vidalaşdı

    25.07.2026 22:16:50
    Futbol

    Polşalı qapıçı karyerasını başa vurdu

    25.07.2026 19:45:01
    Futbol

    "Mançester Siti" Xusanovla müqaviləni yenilədi

    25.07.2026 18:41:22
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Finlandiya klubu "Sabah"la oyundan öncə inamlı qələbə qazandı

    25.07.2026 23:53:30

    "Qəbələ" debütantla heç-heçə etdi

    25.07.2026 23:12:57

    "Kəpəz" Prosport.Az-ın xəbərini təsdiqlədi - VİDEO

    25.07.2026 22:43:28

    "Neftçi" Çempionlar Liqası ilə vidalaşdı

    25.07.2026 22:16:50

    Lando Norris Macarıstanda poul qazandı

    25.07.2026 19:47:25

    Polşalı qapıçı karyerasını başa vurdu

    25.07.2026 19:45:01

    "Mançester Siti" Xusanovla müqaviləni yenilədi

    25.07.2026 18:41:22

    Kamilo Duran "Milan"a da qol vurdu - VİDEO

    25.07.2026 18:38:24

    Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub – FOTOLAR

    25.07.2026 17:43:40

    Millimiz qələbə qazandı

    25.07.2026 17:03:40

    Olimpiya çempionu xəstəxanaya yerləşdirildi

    25.07.2026 16:25:02

    Rəqibini təpiklədi, 5 il uzaqlaşdırma aldı

    25.07.2026 15:48:16

    Rodri "Real"la razılığa gəldi

    25.07.2026 15:15:58

    Millimiz Türkiyəyə toplanışa yollandı

    25.07.2026 14:52:28

    Çempionlar Liqası: "Neftçi" PAOK-a qarşı

    25.07.2026 14:19:44
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved