"Zirə" və Xorvatiyanın "Xayduk" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu başa çatıb.
Prosport.Az xəbər verir ki, "Neftçi Arena"da təşkil olunmuş qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Hesabı 31-ci dəqiqədə "Zirə"nin yeni transferi Brahim Konate açıb. 6 dəqiqə sonra o, zədələnərək, meydanı tərk edib.
68-ci dəqiqədə isə "Xayduk"un futbolçusu Antoni Kalik bərabərlik qolunu vurub.
Cavab görüşü iyulun 31-də keçiriləcək.

