"Şahmata marağım var, saatlarla oynayıram".
Prosport.Az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Kenni Sayef "Sport-ekspress" nəşrinə müsahibəsində deyib.
ABŞ-dan olan İsrail əsilli yarımmüdafiəçi şahmatı çox sevdiyini bildirib: "Vaxt az olduğu üçün xəbərləri çox izləmirəm. Amma demək olar ki, bütün böyük qrossmeysterlərin adlarını bilirəm".
Qeyd edək ki, Kenni Sayef ötən mövsümün əvvəlində "Neftçi"yə keçib.

