"Milan" qapıçı Antonio Mirante ilə müqaviləni uzadıb.
Prosport.Az xəbər verir ki, 39 yaşlı qapıçının sözləşməsi 2024-cü ilin yayına qədərdir.
Qeyd edək ki, Antonio Mirante 2021-ci ilin oktyabrından "Milan"da çıxış edir. O, ötən mövsüm "Milan"ın heyətində cəmi 1 dəqiqə meydanda olub. İtaliyalı qolkiper A seriyasının son turunda “Verona” ilə matçın son dəqiqəsində meydana girib.

