Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Həm cərimələnib, həm də əvəzedici heyətə göndərilib" – Rəşad Sadıqov
    22.07.2025 18:19:55

    "Bizim üçün avrokuboklarda yeni mövsüm başlayır. Ötən mövsüm çempionatı uğurla başa vurduq. İstəklərimizdən biri də yenidən avrokuboklara düşüb, ölkəmizi, klubumuzu layiqincə təmsil etməkdir. Sabah ilk oyunumuza çıxacağıq. Oyuna yaxşı hazırlaşa bilmişik. Komandamız ideal formada olmasa da, ideala yaxın, yaxşı formadadır. Yeganə məsələ oyun praktikasıdır. Hər ikimizdə də vəziyyət eynidir. Sabah azarkeşləri maraqlı və gərgin oyun gözləyir. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik ki, cavab oyunu öncəsi üstünlüyümüz olsun. İstəyərdik ki, azarkeşlərimiz tribunaları doldursunlar. Onların dəstəyinə ehtiyacımız var. Tək bizim yox, bütün klublarımızın azarkeşləri komandaya stadiondan dəstək olsunlar. Bir ailə kimi bir-birimizə dəstək olaq, sabah ilk oyunla mövsümə uğurlu start verək".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin Xorvatiya “Xayduk”u ilə Bakıda keçiriləcək ilk oyunundan öncə mətbuat konfransında deyib.

    Mütəxəssis daha sonra jurnalistlərin suallarını da cavablandırıb.

    – "Xayduk" kimi rəqibin adı hər şeyi deyir. Hansı planda onlardan üstün olmalısınız?

    - Daha çox öz komandam haqda düşünürəm. Sabah və cavab oyununda biz hansı vəziyyətdə olacağıq, oyun intizamını nə səviyyədə icra edəcəyik ki, nəticə uğurlu olsun. Hədəfimiz mərhələni keçməkdir. Rəqib də bundan ötrü meydana çıxacaq. Kimin daha uğurlu olacağını oyunlar göstərəcək.

    - Rafael Utziq və Salifu Sumanın gələcək taleyi necə olacaq?

    - Suma bu gün komanda ilə vidalaşdı. 1 həftə-10 gün olar ki, razılıq əldə edilmişdi. Xırda məsələlər müzakirə olunurdu. Hazırda səfərə çıxır. Suma bizimlə olmayacaq. Ona gələcək karyerasında uğurlar arzulayırıq. İstərdim ki, karyerası bundan uğurlu olsun. Utziqə gəldikdə, o, komandadan ayrılmaq istəyir. Fərdi söhbətimiz olmuşdu. Qərara gəlmişdik ki, planlarımıza daxil etməyək. Artıq prosesləri klub rəhbərliyi ilə müzakirə etməli idik. Elə məsələlər var ki, idarə heyəti məşğuldur. O, ayın 14-dən Bakıda olmalı idi. Amma 1 aydan sonra Bakıya gəldi. Hazırda həm pul cəriməsi olunub, həm də 4 həftə əvəzedici heyətdə iştirak etməlidir. Özü bilir. Növbəti nə tədbirlər görüləcəksə bunu zaman göstərəcək. Rəhbərliklə arasındakı danışıqlar, təkliflərdə razılıq əldə olunmadı. Təkliflər klubu qane etmədi. 

    - Salifu Suma hansı kluba gedir?

    - Rəsmiləşdikdən sonra bilinəcək.

    - Rafael Utziqi bağışlayacaqsınız?

    - Zamana buraxılan şeylərdir. Hazırda onu komandamda görmürəm. Bizdə başqa futbolçuların da təklifləri var idi. Amma danışıqlar oldu, toplanışa gəldilər, sonrakı danışıqlarda komandada qaldılar. Getmədilər. Amma bir futbolçu bir ay toplanışa gəlmirsə, görüşlərdə iştirak etmirsə, bir ay sonra düşərgəyə gəlirsə, müəyyən midarda cərimələmişik. Zaman göstərəcək.

    - Vinsent Till Sumanın yoxluğunu doldura biləcək?

    - Həmişə çalışmışıq ki, möhkəm kollektiv formalaşdıraq. Hansısa futbolçu üzərində oyun fəlsəfəsi qurmamışıq. Sabah Sumanın yerinə meydanda olan oyunçular onu layiqincə əvəzləyəcəklər. Yeganə problem odur ki, Suma oynamayanda, bu periodda o mövqelərdə rotasiya olurdu. Amma son dönəmlərdə Suma artıq əvəzolunmaz sağ vinger idi. O baxımdan zaman alacaq. İnanıram ki, futbolçularımız onun yoxluğunu hiss etdirməyəcək. Tillə gəldikdə, 2 həftə əvvəl zədələndi və adını ərizədən çıxardıq. Hər iki oyunda da iştirak etməyəcək.

    - Yeqor Boqomolski və Eldar Quliyevin durumu nə yerdədir?

    - 3-4 həftə bizimlə birlikdə olmayacaq. Suma və Utziqin olmamasını nəzərə alsaq, Tilli çıxarıb, Boqomolskini komandaya əlavə etdik. Müalicəsi necə gedəcək, ona baxacağıq. Belə olduqda bu tip itkilər məyus edir. Hamısı hücum xəttinin oyunçularıdır. Düşünürəm ki, komandamız çətinlikləri sevir, bu bizim futbolçulara motivasiya verəcək ki, çətinlikləri aşmaq lazımdır. Elə olan halda, qələbə zövqü daha çox olacaq.

    - Transfer siyasəti istədiyiniz sürətdə getdi?

    - Ömür boyu adlara, simalara, karyeralara fikir verməmişəm. Mənim üçün ən vacibi, futbolçunun əzmkarlığı, peşəkarlığıdır. Bəzən mətbuata göz gəzdirirdik, transferlərimiz tənqid olunurdu. Keçmişə boylansalar, hansısa iddialı oyunçu transfer etməmişik. Seleksiyamız həmişə bu şəkildə olub. Komandamızın da müəyyən imkanları var. Buna görə rəhbərliyə təşəkkür edirik. Biz imkana uyğun seleksiya qururuq. İllər boyu apardığımız seleksiya siyasətini davam etdiririk. İstəyərik ki, təcrübəli, ambissiyalı futbolçular transfer edək. Amma bəzi şeylər imkanlar, komandanın yürütdüyü siyasətlə bağlıdır. Rəhbərliyimizi çox yaxşı tanıyıram. Stabil komanda formalaşdırıb və həmişə komandanın yanındadır, verilən sözlər həmişə tutulur. Əsas fəlsəfə odur ki, komanda addım-addım inkişaf etsin və stabil uğura doğru gedən klub olsun. Elə olmasın ki, 1-2 il uğurlu olsun, sonra bir neçə klubumuz kimi çempionatda olmasın, fəaliyyətini dayandırsın. Rəhbərliyin siyasətini dəstəkləyirəm. 

    - “Neftçi Arena” sizin üçün doğma deyil. Burada oynamaq necə hiss olacaq?

    - Bura, “Neftçi”nin stadionu mənim üçün həmişə doğmadır. Burada çıxış etməyimizi istəyənlərdən biri mənəm. Çox istədim ki, burada oynayaq. “Neftçi” rəhbərliyinə təşəkkür edirəm. Bu periodda stadionda keçirilən oyunlar təhlükəlidir. Hava istidir. Onlara təşəkkür edirəm. Bura gözəl stadiondur. Həmişə burada oyunlar maraqlı keçir. Biz də istəyirik ki, oyunlar azarkeşlər üçün maraqlı olsun.

    Futbol

    "Bu gün 2 xal itirdik" - Azər Bağırov

    9.03.2026 21:07:34
    Futbol

    "Zirə" son dəqiqə qolu ilə məğlubiyyətdən qaçdı - VIDEO

    9.03.2026 20:24:36
    Futbol

    "Neftçi" - "Turan Tovuz": HEYƏTLƏR

    9.03.2026 20:11:15
    Futbol

    PFL forma qalmaqalı barədə məlumat yaydı: "Şəmkir" Əsasnamənin tələblərini pozub"

    9.03.2026 19:31:14
    Futbol

    "Zirə" - "Kəpəz": HEYƏTLƏR

    9.03.2026 17:19:46
    Futbol

    Futbolumuzda növbəti rəzalət: "Xankəndi" "Barselona" forması ilə meydana çıxmaq istədi – EKSKLÜZİV GÖRÜNTÜLƏR

    9.03.2026 17:11:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bu gün 2 xal itirdik" - Azər Bağırov

    9.03.2026 21:07:34

    "Zirə" son dəqiqə qolu ilə məğlubiyyətdən qaçdı - VIDEO

    9.03.2026 20:24:36

    "Neftçi" - "Turan Tovuz": HEYƏTLƏR

    9.03.2026 20:11:15

    Tur Sumqayıtda başlayıb, Bakıda bitəcək

    9.03.2026 20:00:18

    PFL forma qalmaqalı barədə məlumat yaydı: "Şəmkir" Əsasnamənin tələblərini pozub"

    9.03.2026 19:31:14

    "Zirə" - "Kəpəz": HEYƏTLƏR

    9.03.2026 17:19:46

    Futbolumuzda növbəti rəzalət: "Xankəndi" "Barselona" forması ilə meydana çıxmaq istədi – EKSKLÜZİV GÖRÜNTÜLƏR

    9.03.2026 17:11:35

    Millimizin üzvü Yunanıstanda kubok qazandı

    9.03.2026 16:53:48

    "Mingəçevir"də türkiyəli məşqçi təyinatı – FOTO

    9.03.2026 15:29:45

    Millimiz Şamaxıda toplanışa başladı

    9.03.2026 14:27:29

    "Turan Tovuz"la oyun öncəsi "Neftçi"də ciddi itki

    9.03.2026 13:47:34

    Musa Qurbanlı yenidən legioner həyatı yaşamaq istəyir? - Özü açıqladı

    9.03.2026 13:21:15

    Millimizin ilk dəfə qatılacağı turnir üçün heyəti - ADLAR

    9.03.2026 12:44:04

    Cüdo yığmamız Avstriyada 4 medalla 1-ci oldu

    9.03.2026 12:13:46

    Adı millimizlə hallanan məşqçi hava limanında öldü

    9.03.2026 11:46:22
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved