Cəbəllüttariqin "Linkoln" komandası UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.
Prosport.Az xəbər verir ki, "cırtdan" ölkə təmsilçisi 22 futbolçu sifariş edib.
Baş məşqçi Xavyer Munyosun siyahıya daxil etdiyi oyunçulardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 8-i yarımmüdafiəçi, 5-i isə hücumçudur.
Qapıçılar: Deyl Kolinq, İvan Vilyanueva, Nauset Santana;
Müdafiəçilər: Roy Çipolina, Bernardu Lopeş, İtan Britto, İbrahim Ayu, Con Sarcent, Xesus Toskano;
Yarımmüdafiəçilər: Xuampe, Qrem Torilya, Cumaney Börnet, Marko Rosa, Mandi, Layam Voker, Mustafa Yahaya, Samson Acayi;
Hücumçular: Santi Luke, Kike Qomes, Nano, Li Kasyaro, Xuan Penya.
Qeyd edək ki, "Qarabağ" "Linkoln"a qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək.

