“Sumqayıt” Sərtan Taşkınla yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, 27 yaşlı sağ cinah müdafiəçisinin klubla müqaviləsi başa çatıb.
O, karyerasını Türkiyədə davam etdirəcək. Taşkın azərbaycanlı iş adamı Tufan Sadıqovun bu yaxınlarda sahibi olduğu I Liqa təmsilçisi "Serik Bələdiyyəspor"a keçib.
Müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

