"Sabah" klubu Lüksemburq millisinin və Ukrayna "Vorskla"sının futbolçusu Vensan Tilli transfer edib.
Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisi 23 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalayıb. O, yeni komandasında 12 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Vensan Till daha əvvəl Fransanın "Mets", "Po", "Orlean" və Portuqaliyanın "Nasyonal" klublarının da formasını geyinib. O, son 2 ildə icarə əsasında İsveçin "Örebru" və AIK komandalarında oynayıb.

