Yeni mövsüm öncəsi Türkiyədə təlim-məşq toplanışı keçirən "Turan Tovuz" ilk yoxlama matçına çıxıb.
Prosport.Az xəbər verir ki, Qurban Berdiyevin rəhbərlik etdiyi kollektiv qardaş ölkənin "Çorum" komandası ilə üz-üzə gəlib.
Qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.
Azərbaycan təmsilçisinin yeganə qolunu panamalı mərkəz müdafiəçisi Roderik Miller (37) vurub.
Qeyd edək ki, Türkiyənin I Liqa komandasında sabiq "Qarabağ"lılar – Coşqun Diniyev və bosniyalı qapıçı İbraxim Şexiç çıxış edir.
Xatırladaq ki, "Turan Tovuz" iyulun 29-da İran çempionu "Traktor"la da gücünü sınayacaq.

