"Turan Tovuz" klubu növbəti transferini açıqlayıb.
Prosport.Az xəbər verir ki, braziliyalı mərkəz müdafiəçisi Brunu Qonsalveş du Pradu ilə 1 illik rəsmi müqavilə imzalanıb.
Qısaca Brunau adlandırılan 26 yaşlı oyunçunun son klubu Portuqaliya "Leyşoynş"ı olub. O daha öncə "Aroka" (Portuqaliya), "Vila Nova" və "Baiya" (hər ikisi Braziliya) komandalarının da şərəfini qoruyub.

