Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi "Qrasshoper" yoxlama oyunu keçirib.
Prosport.Az xəbər verir ki, Sürix təmsilçisi yerli "Lozanna Uşi" ilə qarşılaşıb. Görüş "Qrasshoper"in məğlubiyyəti ilə başa çatıb – 1:2.
Renat Dadaşov bu görüşün iştirakçısı olub. O, 2-ci hissədə meydana daxil olub və 78-ci dəqiqədə komandasının yeganə qolunu vurub.

