Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Belə oyuna görə futbolçularımı yalnız tərifləyə bilərəm" – Valdas Dambrauskas
    18.07.2025 10:07:34

    “Selye”ni növbəti mərhələyə keçməsi münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, hər iki oyunda bərabər səviyyədə mübarizə getdi. Hesab edirəm ki, Bakıdakı oyunun son saniyəsində buraxdığımız qol yadda qalacaq – çünki bu son saniyədə baş verdi".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyada "Selye" ilə 3:3 hesablı heç-heçə etdikləri cavab oyunundan sonra mətbuat konfransında deyib.

    Mütəxəssis komandasının çıxışından razı qaldığını bildirib: "Futbolçularımı yalnız tərifləyə bilərəm. Onların fədakarlıqlarını, mübarizəsini yüksək qiymətləndirirəm. Çünki meydana çıxdıq və ilk qolu biz vurduq. Bu anda nəsə edə biləcəyimizə ümid vardı. “Selye” bizə qarşı sürprizlər hazırlamışdı. Xüsusən də topa sahib olduqları epizodlarda. Bu gün bir dayaq yarımmüdafiəçisi ilə oynadılar. Biz qol vurduqdan sonra ilk hissənin əvvəlində vəziyyəti idarə etməkdə çətinlik çəkdik. Sonra taktiki düzülüşümüzü dəyişib boşluqları bağlamağa çalışdıq. Yenə də rəqib sürətli hücumları ilə bizi geri sıxışdırdı. İlk hissədə hesab 1:1 oldu. Amma yenə deyirəm, standart vəziyyətlərdən buraxdığımız qol təəssüf doğurdu. Buna baxmayaraq, əvəzetmələrdən sonra daha aqressiv idik və irəli atılmağa çalışdıq. Nəticədə cəmi 2 dəqiqə ərzində 2 qol vurduq. Amma bəzən geri çəkildik, qapımıza yaxın oynadıq. Yaxşı müdafiə olunduq. Əlavə olunmuş dəqiqələrdə hər şeyimizi ortaya qoysaq da bu kifayət etmədi".

    O, indi əsas məqsədlərinin tez bir zamanda bərpa olmaq, bu matçdan dərs çıxarmaq və inkişaf etmək olduğunu söyləyib: "Bu iki oyunun bizə çox şey öyrətdiyinə inanıram. Növbəti mərhələyə keçməsək də, göstərdiyimiz performansla fəxr edə bilərik. Bu iki matçın verdiyi dərslər gələcəkdə bizim üçün faydalı olacaq”.

    Qeyd edək ki, "Sabah" mübarizəni UEFA Konfrans Liqasında davam etdirəcək. Bakı klubu II təsnifat mərhələsində Moldovanın "Petrekup" kollektivi ilə qarşılaşacaq.

    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Futbol

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26
    Futbol

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17
    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Futbol

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19

    Fərhad Rəcəbli dünya 3-cüsü oldu

    23.09.2026 21:28:44

    Yunanıstan üzərində qələbə, Ermənistana məğlubiyyət

    23.09.2026 21:00:49

    "Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə başladı

    23.09.2026 20:54:09

    Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib

    23.09.2026 20:39:24

    “Birbaşa Bakı” Çempionlar Liqasına qələbə ilə başladı

    23.09.2026 20:17:08

    Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib

    23.09.2026 19:34:17

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved