"Yuventus"un yeni idman direktoru müəyyənləşib.
Prosport.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Kristiano Cuntoli təyin edilib.
Qeyd edək ki, Kristiano Cuntoli 2015-ci ildən "Napoli"nin idman direktoru idi.
Xatırladaq ki, “Yuventus” 2022/23 mövsümündə A Seriyasını 7-ci pillədə başa vurub. Turin təmsilçisi ötən mövsüm maliyyə fırıldaqlarına görə 10 xaldan məhrum edilib.

