Azərbaycan Premyer Liqasının yeni iştirakçılarından “İmişli” heyətinə yeni qapıçı cəlb edib.
Prosport.Az xəbər verir ki, əyalət klubu “Səbail”dən Hüseynəli Quliyevi heyətinə qatıb.
25 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.
“İmişli” daha əvvəl Azər Salahlı, İbrahim Əliyev, İmam Əli, Ronaldo Rodriqes və Rafael Vyeqası da heyətinə qatmışdı.

