“Neftçi” növbəti keçidini rəsmiləşdirib.
Prosport.Az xəbər verir ki, Venesuela milli komandasının yarımmüdafiəçisi Freddi Varqasla müqavilə imzalanıb.
26 yaşlı futbolçu İsrailin “Makkabi” (Netanya) klubundan 1 il müddətinə icarəyə götürülüb.
Vətənindən başqa, ABŞ və İsrail liqalarında çıxış etmiş Varqas yarımmüdafiənin həm cinahlarında, həm də mərkəzində oynamağı bacarır. O, Venesuela milli komandasında 3 oyun keçirib.

