Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış veteran futbolçu Bəxtiyar Musayevə AFFA-da vəzifə verilib.
Prosport.Az xəbər verir ki, o, Cahangir Həsənzadənin rəhbəri olduğu Texniki departamentin Skautlar şöbəsinə rəis təyin olunub.
Əvvəl bu vəzifə İlqar Qurbanovda idi. Lakin onun əsas milli komandanın direktoru təyin olunmasından sonra bu vəzifəyə təyinat olmamışdı.
Qeyd edək ki, Bəxtiyar Musayev 1997-2006-cı illərdə Azərbaycan millisinin heyətində 20 oyun keçirib.

