Azərbaycn Premyer Liqasın təmsilçisi "Kəpəz" növbəti transferini açıqlayıb.
Prosport.Az xəbər verir ki, komanda Məqsəd İsayevi heyətinə cəlb edib.
31 yaşlı futbolçu Gəncə klubu 1 illik müqavilə imzalayıb. "Zirə"dən ayrılan müdafiəçi "Kəpəz"ə sərbəst futbolçu kimi qoşulub.
Qeyd edək ki, Məqsəd son mövsümdə paytaxt klubunun heyətində 35 matçda 1 qolla yadda qalıb.

