“Zirə”nin hücumçusu Salifu Sumanın yeni klubu müəyyənləşmək üzrədir.
Prosport.Az xəbər verir ki, 21 yaşlı futbolçunun Kiyev “Dinamo”suna keçidi baş tutmayıb.
Qvineyalı forvard karyerasını Sloveniyada davam etdirməyə yaxındır. “Dinamo” ilə ilkin anlaşma əldə edilsə də, ukraynalılarla sövdələşmə alınmayıb. Suma “Maribor”la müqavilənin şərtlərini razılaşdırıb.
Qeyd edək ki, Salifu Suma ötən mövsüm “Zirə”nin heyətində ümumilikdə 41 oyunda 12 qol vurub, 7 məhsuldar ötürmə verib.

