“Turan Tovuz”un Türkiyə təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən daha birinin adı məlum olub.
Prosport.Az xəbər verir ki, Tovuz təmsilçisi Türkiyə I Liqa təmsilçisi “Çorum”la qarşılaşacaq. Matç iyulun 19-da oynanılacaq.
Çorum təmsilçisində millimizin futbolçusu Coşqun Diniyev və "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç də çıxış edir.
Qeyd edək ki, “Turan Tovuz” iyulun 29-da Təbriz “Traktor”u ilə də üz-üzə gələcək.

