"Zirə"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində evdə “Xayduk”a (Xorvatiya) qarşı keçirəcəyi oyuna hakim təyinatı açıqlanıb.
Prosport.Az xəbər verir ki, iyulun 23-də Bakıda baş tutacaq “Zirə” – “Xayduk”oyununu yunanıstanlı hakimlər briqadası idarə edəcək.
Baş hakim Xristos Verqetisə yan xətt hakimləri Andreas Fotopulos və Konstantinos Staikos köməklik edəcək. 4-cü hakim isə Anastasios Papapetru olacaq.

