Premyer Liqanın debütantı "İmişli" braziliyalı futbolçusu Dioqo Rollo ilə müqavilənin müddətini uzadıb.
Prosport.Az xəbər verir ki, 23 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Dioqo Rollo ötən mövsüm komanda ilə Premyer Liqaya vəsiqə qazanan heyətdən qalan 2 legionerdən biridir. Digəri belaruslu qapıçı Andrey Sinenkodur.

