"Kəpəz" Ehtiram Şahverdiyevlə müqavilə müddətini uzadıb.
Prosport.Az xəbər verir ki, son 2 mövsümdə "Kəpəz"də çıxış edən futbolçu ilə 1 illik anlaşma imzalanıb.
Qeyd edək ki, 28 yaşlı müdafiəçi 2025/2026 mövsümündə 35 oyun keçirib. Ehtiram Şahverdiyev 2023/2024 mövsümündə isə meydana çıxdığı 31 matçda 2 qol müəllifi olub.

