“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Prosport.Az xəbər verir ki, bölgə təmsilçisi portuqaliyalı futbolçu Rikardu Apolinariunu heyətinə qatıb.
26 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2 illik (1+1) müqavilə imzalanıb. Rikardo Apolinariu son olaraq Portuqaliyanın “Uniau Santarem” klubunda çıxış edib. O bundan əvvəl ölkəsində "Alverka" və "Koruşensi" klublarında da oynayıb.
Qeyd edək ki, “Şamaxı” daha öncə Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, portuqaliyalı Dioqu Balau, isveçrəli Karim Rossi, braziliyalılar – Sezar, David Santosu transfer edib.

