"Qarabağ" yeni mövsüm üçün 3-cü transferini reallaşdırıb.
Prosport.Az xəbər verir ki, Portuqaliyanın “Mafra” klubu ilə aparılan danışıqlar uğurla nəticələnib və mərkəz yarımmüdafiəçisi Kris Kuaku heyətə cəlb olunub.
Klubla Fil Dişi Sahilindən olan 25 yaşlı futbolçu arasında 2+2 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi “Qarabağ”da 6 nömrəli forma ilə çıxış edəcək.
Peşəkar karyerasına 2018-ci ildə Tunisin “Sfaksyen” klubunda başlayan Kris Kuaku 4 il sonra Danimarka təmsilçisi “Midtyulan”a keçib. O, 2023-cü ildən “Mafra”nın formasını geyinib.
Qeyd edək ki, "Qarabağ" bunadək daha 2 futbolçunu – braziliyalılar Dani Bolt və Pedro Bikalyonu transfer edib.

