"Sumqayıt" futbolçusu Silvanus Nimeli ilə yollarını ayırıb. Prosport.Az xəbər verir ki, 26 yaşlı hücumçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib. Qeyd edək ki, Nimeli ötən ilin avqust ayından "Sumqayıt"ın formasını geyinirdi.