"Kəpəz" klubu daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Prosport.Az xəbər verir ki, Gəncə təmsilçisi Burkina Fasodan olan Adama Fofana ilə müqavilə imzalayıb.
O, sərbəst futbolçu kimi "sarı-göylər"ə keçib. 25 yaşlı cinah müdafiəçisi son olaraq Türkiyədə "Adanaspor"un formasını geyinib.
Qeyd edək ki, Adama Fofana Fransada "Dijon", İsveçdə "Verberi"nin uğurları üçün çalışb.

